Ərəbistan və Qətər anti-Suriya terrorçularını maliyyə cəhətdən dəstəkləyirlər

Suriya xarici işlər nazirinin müavini Ərəbistanla Qətəri bu ölkəyə qarşı çıxan terrorçuların əsas hamisi adlandırıb.
 
Maide.az-ın məlumatına görə, Suriya xarici işlər nazirinin müavini Feysəl Əlmiqdad bu gün Livanın Əlminar informasiya kanalı ilə müsahibədə deyib ki, bütün anti-Suriya silahlı qrupları Ərəbistan və Qətər tərəfindən maliyyə cəhətdən dəstəkləniblər və onların bir çoxu Türkiyədə təlim keçib: "İsrail Suriyadakı cari hadisələrə müdaxilə edir və terrorçu qrupları dəstəkləyir ki, Suriyanın ordusu və xalqının iradəsini zəiflətmiş olsun. Qərb ölkələri və bəzi ərəb ölkələrinin terrorçulara hərtərəfli dəstək vermələrinə rəğmən, Suriya ordusu və müqavimət qüvvələri son bir neçə gündə mühüm qələbələr qazanıb və qəsb olunmuş məntəqələri geri ala biliblər."

Google+ WhatsApp ok.ru