Bəhreyn 14 fevral gəncləri koalisiyasının Əbdulhadi Əlxəvacə ilə həmrəyliyi

Bəhreyn 14 fevral gəncləri koalisiyası bu ölkənin insan haqları fəalı ilə həmrəyliyini elan edib.
 
Maide.az-ın məlumatına görə, Bəhreyn 14 fevral gəncləri koalisiyası bəyanat yayaraq, Ali-Xəlifə məhbəsində qeyri-məhdud aclıq elan etmiş bu ölkənin insan haqları fəalı Əbdulhadi Əlxəvacə ilə həmrəyliyini bildirib və ona qarşı işgəncənin dayandırılmasını istəyib. 
 
Bəyanatda deyilir: "Bəhreyndə siyasi məhbusların məqsədyönlü işgəncəsi Ali-Xəlifə hökumətinin alnında biabırçı bir ləkədir və bu rejim bilməlidir ki, öz terrorçu hərəkətləri və cinayətlərinin cavabını alacaqdır."
 
Əbdulhadi Əlxəvacə 24 gün bundan öncə paytaxt Manamadakı Cəvv mərkəzi zindanındakı çox pis insani vəziyyətə və siyasi məhbusların işgəncə olunmalarına etiraz olaraq aclıq elan edib.

Google+ WhatsApp ok.ru