Əbu Səyyafın həyat yoldaşı Ər-Rəmadinin süqutunun səbəbini ifşa etdi

Amerikanın Federal Təhqiqat Bürosu əməkdaşlarının dindirməsi zamanı İŞİD komandanlarından Əbu Səyyafın həyat yoldaşı İraqın hərbi komandirləri barədə məlumatları ifşa edib.

Maide.az xəbər verir ki, Əbu Səyyafın həyat yoldaşının dediyinə görə, əl-Anbarın bəzi hərbi komandirləri İŞİD qruplaşmasının Ər-Rəmadini ələ keçirməsini sadələşdirmək üçün bu qruplaşma ilə əməkdaşlıq ediblər. 

İraqın Hərbi Təhlükəsizlik Təşkilatı da əl-Anbar vilayətinin bəzi başçılarını istintaqa cəlb edib. 

Amerikalı qüvvələr tərəfindən əsir götürülən Əbu Səyyafın həyat yoldaşı hazırda İraqın həbsxanalarından birində saxlanılır. 

İŞİD terror qruplaşmasının maliyyə məsələləri üzrə başçısı və hərbi komandanlarından biri olan Əbu Səyyaf ötən həftə Amerika komandoslarının Suriyada keçirdiyi əməliyyatda öldürülüb.

Google+ WhatsApp ok.ru