Amerikada onlarla etirazçı həbs olundu - FOTO

Maide.az-ın məlumatına görə, Amerikanın Kaliforniya ştatının Oklend şəhərinin küçələrində etirazların qadağan olunmasına dair bu şəhər meri Libi Şafın göstərişinə etiraz olaraq yüzlərlə etirazçı ötən gecə aksiya keçirib. 

Merin göstərişinə etiraz əlaməti olaraq çoxlu sayda fəal küçələri tərk etməyib. 

Oklenddəki son etirazlar onlarla satış mərkəzi və nəqliyyat vasitəsinə ağır xəsarətlər vurub. Buna görə Oklend meri bir qrup iğtişaşçının qeyri-qanuni hərəkətlərinə toxunaraq, istənilən gecə aksiyasını qadağan edib. Etirazçılar aksiyaların keçirilməsinin qarşısının alınmasına dair qərarı Amerika konstitusiyasına zidd hesab ediblər.

Google+ WhatsApp ok.ru