“Boko Haram”la mübarizə üçün çoxmillətli Afrika qüvvəsi fəaliyyətə başladı

Afrikada “Boko Haram” terror qruplaşmasına qarşı çoxmillətli qüvvə rəsmi olaraq fəaliyyətə başlayıb.
Maide.az xəbər verir ki, bu barədə Afrika Təhlükəsizlik və Sülh Komissiyasının üzvü İsmayıl Çerqui məlumat verib.
Çadın paytaxtı Ncamenada Mərkəzi Afrika Ölkələrinin 16-cı İqtisadi Konfransında danışan İ.Çerqui məlumat verib ki, çoxmillətli qüvvələrə Benin, Kamerun, Niger, Nigeriya, Çad və Fildişi Sahilindən olan döyüşçülər daxildir.
Yaxın günlərdə bu qüvvələrin “Boko Haram”a qarşı əməliyyatlara başlayacağı gözlənilir.

Google+ WhatsApp ok.ru