Ermənilərə görə `Skype`a cinayət işi açılır

Belçikanın Mexelen şəhər prokurorluğunda “Skype” internet telefoniya xidmətinə qarşı cinayət işi başlanıb.
 
Bu barədə Belçikanın La Libre nəşri məlumat yayıb.
 
Məlumata görə, servis 2012-ci ildə erməni cinayətkar qrupunun iki üzvü arasında aparılan danışıqlar barədə məlumat verməkdən imtina edib.  
 
Erməni cinayətkarların “Skype” internet telefoniya xidmətindən fəal istifadə etdiyi qeyd olunur. Onlar qaçaqmal və oğurluq malların ölkəyə gətirilməsi ilə bağlı cinayət əməllərini  məhz “Skype” vasitəsilə razılaşdırıblar.
 
2012-ci ildə “Skype” yerli rabitə operatoru olmadığını əsas gətirərək  Belçika hüquq-mühafizə qurumlarının sorğusunu təmin etməkdən imtina edib.  
 
Prokurorluq  şirkəti Belçika qanunlarını pozmaqda ittiham edir. 

Google+ WhatsApp ok.ru