“İsrail yox olana qədər savaşacağıq” – Sərt açıqlama

“Sionist işğalçı rejim yox olana qədər biz var olmağa davam edəcəyik”.
Maide.az “ABNA”ya istinadən xəbər verir ki, bu sözləri Dünya İnqilabçı Alimlər Birliyi Konfransında çıxış edən “Hizbullah” baş katibinin müavini Şeyx Naim Qasım söyləyib.
O bildirib ki, işğalçı İsrail rejimi sadəcə regionu deyil, bütün dünyanı təhdid edən böyük bir təhlükədir:
““Hizbullah” məhdud zamanda fəaliyyət göstərmək üçün qurulan bir təşkilat deyil. Qarşımızda uzun və maneəli yol var. Biz isə işğalçı rejim yox olana qədər mübarizəmizi davam etdirəcəyik.
Əgər “Hizbullah”ın sisonistlərə qarşı mübarizəsi olmasaydı Fələstin, İraq, Suriya, Yəmən və Livanı müdafiə edəcəkdi? Əgər “Hizbullah”ın mübarizəsi olmasaydı Yaxın Şərqin vəziyyəti bundan daha pis olardı”, - deyə Şeyx Naim Qasım vurğulayıb.
“Hizbullah”ın qarşısını kəsmək üçün çox cəhdlərin olduğunu deyən Qasım sözlərinə əlavə edib ki, “Hizbullah” bundan sonra da varlığını davam etdirəcək:
“Bizə ehtiyac olan hər yerdə, haqq və ədalətin səsinin yüksəldiyi hər torpaqda hazır olacağıq. Biz BMT-yə, bəzi ərəb ölkələrinin maddi dəstəyinə, siyasi manevrlərinə etibar etmirik. Biz öncə Allaha, sonra silahlı ordumuza güvənirik”./

Google+ WhatsApp ok.ru