Əfxəm: İran region ölkələrinin daha artıq dialoqunu istəyir

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib ki, İran İslam Respublikası region ölkələrinin region məsələləri barədə daha artıq dialoqunu istəyir.
 
İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Əfxəm bu gün daxili və xarici müxbirlərlə brifinqində Türkiyə parlament seçkiləri və onun İran-Türkiyə-Azərbaycan üçtərəfli əlaqələri gedişinə göstərə biləcək təsiri haqda söyləyib: Üç ölkənin üçtərəfli əlaqələri onların siyasi iradələri əsasında formalaşıb və gələcəkdə də davam edəcək. 
 
Dinc və əhval-ruhiyyə ilə keçirilmiş Türkiyə seçkiləri göstərdi ki, Türkiyə xalqı öz taleyi, öz iştirakı və nümayəndələrinin təyini ilə bağlı xüsusi ciddi-cəhdə malikdir və səmimi İran-Türkiyə əlaqələri gələcəkdə də davam edəcək. 
 
Keçmişdə ikitərəfli, regional və beynəlxalq sahələrdə əlaqələrin genişlənməsinin şahidi olduğumuz kimi, bu proses yenə də öz axarında davam edəcəkdir. 
 
İran Xarici İşlər Nazirliyinin sözçüsü İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin Omana qısa səfərinin səbəbi haqda belə deyib: Bu bir neçə saatlıq səfərdə regionun xas və böhranlı durumu araşdırılaraq, mövcud problemlərin həlli üçün daha artıq fikir mübadilələrinin vacibliyi vurğulanıb.
 
Əfxəm vurğulayıb ki, regional məsələlər İranın xüsusi ciddi-cəhd göstərdiyi mövzulardandır və məşvərətlərin vacibliyi müşahidə olunur və bu əsasda qərara alınıb ki, İranın xarici işlər naziri Omanın xarici işlər naziri ilə region məsələlərini araşdırsınlar.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Məşhəddə zəhərlənmiş ərəbistanlı zəvvarların vəziyyəti haqda da təəssüflənərək, deyib ki, məsul şəxslər elə ilk saatlardan detalları araşdırırlar və əldə olunan məlumatlara görə, bir neçə nəfər həbs olunub və zəhərlənmənin aşkarlanmasına kömək edə biləcək sənəd və nümunələrin hamısı götürülübdür.
 
İranın diplomatiya idarəsinin sözçüsü MAQATE-nin, Direktorlar Şurasında İranın nüvə məsələsi barədəki son hesabatı barədə deyib ki, bu hesabatın bəndləri öncəki hesabatlarda təkrar edilib, amma bu hesabatda mövcud olan yeni və müsbət hal, bu məsələnin başa çatması haqda zamanın təyin edilməsidir.
 
Əfxəm Cenevrədə Yəmən sülhü barədə qarşıdakı iclasla bağlı ümidvarlıq edib ki, önşərtsiz olaraq, yəmənli qruplar arasında dialoq həyata keçriləcək və bütün tərəflər xoşməramlılıqla müzakirələrdə iştirak edəcəklər ki, siyasi həll yolu bu böhranın çözülməsi üçün bir addım ata bilmiş olsun. 
 
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi vurğulayıb: Təəssüflər olsun ki, Ərəbistanın Yəmənə təcavüzünün miqyası genişlənməkdədir və İran İslam Respublikası bütün məsul orqanlardan istəyibdir ki, xüsusi olaraq, yardımın göndərilməsi sahəsində ciddi-cəhd göstərsinlər.

Google+ WhatsApp ok.ru