Əfqanıstanda 49 İŞİD terrorçusu öldürüldü

Əfqanıstanın şərqindəki Nanqarhar şəhərində İŞİD-in 49 terrorçusu öldürülüb.
Maide.az xəbər verir ki, Nanqarhar şəhər nümayəndəliyinin rəsmisi Əhməd Ziya Abdulzai şəhərin Açin qəsəbəsində ABŞ-ın pilotsuz tyyarələrinin İŞİD-ə qarşı iki uğrulu hücum təşkil etdiyini bildirib.
Onun sözlərinə görə, hücum terrorçuların bir yerdə iclas keçirdiyi zaman həyata keçirilib. İlk hücumda 12, ikinci hücumda isə 37 terrorçu öldürülüb.
Qeyd edək ki, son iki ayda Əfqanstanın şərqində İŞİD-in fəaliyyəti artıb. /

Google+ WhatsApp ok.ru