İŞİD mövqelərinə bir gündə 38 hava hücumu təşkil edilib

Koalisiya qüvvələri İraq və Suriyada İŞİD mövqelərinə bir gündə 38 hava hücumu təşkil edib.
Maide.az xəbər verir ki, hücumların 18-i İŞİD-in “paytaxt” elan etdiyi Rəqqada həyata keçirilib.
Hava hücumları nəticəsində İŞİD-in hərbi texnikaları məhv edilib, 10 terrorçu öldürülüb.
İŞİD mövqeləri Suriyanın Hasəkə və Kobani, İraqda isə Habbaniyə, Hədisə, Mahmur, Mosul, Sincar və Təlafər şəıhərlərində də bombalanıb. 
Qeyd edək ki, hazırda İraq ordusu, Xalq Səfərbərlik Qüvvələri və “Peşmərgə” ölkənin Ənbar, Səlahəddin, Neynəva və Kərkük əyalətlərində İŞİD terror təşkilatına qarşı geniş miqyaslı hərbi əməliyyatları davam etdirir. Təşkil edilən genişmiqyaslı hücumlardan sonra İŞİD-in İraqda ciddi səviyyədə güc itirdiyi və irəliləyişinin qarşısının alındığı bildirilir. Koalisiya qüvvələriİŞİD-lə mübarizə üçün yaradılsada bir çox hallarda onların İŞİD-i dəstəklədiyi və İŞİD üçün  silah- sursat daşıdığı faktları üzə çıxıb. Bəzi hallarda isə onlar "yanlışlıqla" İraq ordusunun mövqelərini atəşə tutublar./

Google+ WhatsApp ok.ru