ƏN YAXŞI DOST

İmam Əli (ə) buyurmuşdur:

حُسْنُ الْخُلْقِ خَيْرُ رَفيقٍ» و قالَ ايْضاً: «رُبَّ عَزيزٍ اذَلَّهُ خُلْقُهُ وَ ذَليلٍ اعَزَّهُ خُلْقُهُ؛

Ən yaxşı dost yaxşı əxlaqdır.” Yenə buyurmuşdur: “Nə çox pis əxlaq var ki, izzətli insanı zəlil və nə çox yaxşı əxlaq var ki, zəlil insanın izzətli edir.

(“Səfinətül-bihar”, 2-ci cild, səh. 678.)

 

ŞƏRH VƏ TƏFSİR

İnsan ictimai varlıq olduğundan, tək yaşa bilməz. Əks-təqdirdə, irticaya uğrayacaq. Aydındır ki, ictimai həyatda dosta ehtiyac duyulur ki, çətinliklərdə, xoş və acı hadisələrdə, eniş-yoxuşlarda insana yardımçı olsun. Dostsuz həyat olduqca çətindir və insan ruhunu sarsıdır. Elə buna görə də, zindanda yatanların ən ağır işgəncələrindən biri də, fərdi zindana məhkum edilməsidir.

Verilən hədisə əsasən, insanın ən yaxşı dostu yaxşı əxlaqıdır! Çünki yaxşı əxlaq başqalarının diqqətini cəlb edir və nəticədə, xoşəxlaq insanın dostu çoxalır və bütün cəmiyyət onun dostuna çevrilir. Bəzən, mal, məqam, ictimai mövqe, ali təhsil, əsil və dini ailə kimi üstün xüsusiyyətlərə sahib olan bir insanın əxlaqı pis və dözülməz olur. Bu insanı zillətə uğradır. Buna əks olaraq, xoşəxlaq adam, şübhəsiz, bütün insanların yanında möhtərəmdir və hamı ona izzət gözü ilə baxır.

Sözügedən hədisdə də həmin mühüm mətləbə işarə edilir. Ona əsasən, yaxşı əxlaq insanın bütün pislikləri və zəif cəhətlərinin üstünü örtdüyü kimi, pis əxlaq və rəftar da bütün yaxşılıqları və müsbət cəhətlərinə kölgə salır.

Quran ayələrində də “əxlaq” məsələsinə xüsusi əhəmiyyət verilməsinin səbəbi onun cəmiyyətin idarəsi və rəhbərliyində böyük təsirə malik olması ilə əlaqədardır. Məxsusən, elm əhli ona daha çox diqqət yetirməli, pis rəftarları mülayim söz və rəftarlarla cavablandırmalıdır ki, sərtliklə ittihamlandırılmasın.

Rza Şükürlü

Google+ WhatsApp ok.ru