ƏN YAXŞI BƏNDƏÇİLİK

İmam Əli (ə) buyurmuşdur:

يا كُمَيْلُ! انَّ احَبَّ مَا امْتَثَلَهُ الْعِبادُ الَى اللَّهِ، بَعْدَ الْاقْرارِ بِه‏ وَ بِاوْليائِه‏، التَّعَفُفُ وَ التَّحَمُّلُ وَ الْاصْطِبارُ؛

Ey Kumeyl! Bəndələrin Allaha bəndəçilik etməsi üçün ən sevilmli əməli Allahın yeganəliyi və övliyalarının doğruluğunu iqrar etdikdən sonra iffət, dözüm və səbirdir.

(“Biharul-ənvar”, 74-cü cild, səh. 414.)

 

ŞƏRH VƏ TƏFSİR

Hədisdə deyilən “təəffuf” (iffət) sözünün həm xas, həm də geniş mənası vardır. Cinsi istəklərdə iffətli olmaq və şəhvət qüvvələrini cilovlamaq onun xas mənasıdır. Qurani-Kərimdə bu haqda buyurulur:

وَ الَّذينَ هُمْ لِفُروجِهِمْ حافِظُونَ؛

“(Möminlər) o kəslərdir ki, öz şəhvət qüvvələrini cilovlayırlar.” (“Muminun” surəsi, ayə 5.) Həmin iffət ki, həzrət Yusif (ə) onu qorumaq üçün çətinliklərə sinə gərdi.

İffətin geniş mənası isə, təqva, zahidlik və bütün haramlardan çəkinməkdir. İffət geniş mənada iman və şəxsiyyət nişanəsidir.

Hədisdə deyilən “təhəmmul” sözü də ağrı-acılara dözmək mənasını ifadə edir.

Şübhəsiz, hər kəs həyatında bir sıra çətinliklərə məruz qalır; təhsil almaq, ictimai rəftar, hala ruzi qazanmaq, Allaha bəndəçilik, sədaqət, iffət və bir sözlə, iş və fəaliyyət çətinliklərlə birgədir, səbir və dözüm tələb edir. Digər məsələlər kimi, çətinliklərə dözməkdə də İslam Peyğəmbəri (ə) və onun Əhli-beytini (ə) örnək seçməliyik. Onlar düşmən tərəfindən çətinliklərə məruz qalsa da, naümid olmur, ağrı-acılara sinə gərərək insanların hidayətindən əl çəkmirdilər. Bəli, insanların hidayəti, dinin təbliği çətinliklərə və ağrı-acılara dözüm tələb edir.

Rza Şükürlü

Google+ WhatsApp ok.ru