Ən-Nusra` terrorçuları Suriyada 2 şiə qəsəbəsinə 300-dən çox raket və minomyot atıblar

"Əl-Qaidə" terror şəbəkəsinin Suriyadakı qolu olan "ən-Nusra Cəbhəsi"nin terrorçuları İdlib əyaləti ərazisində yerləşən əl-Fua və Kəfərya qəsəbələrinə üç istiqamətdən irimiqyaslı hücuma keçiblər. Terrorçular qəsəbələrə 300-dən çox raket və minomyot atıblar.
 
Suriya İnsan Hüquqlarını Müşahidə Mərkəzinə istinadla verdiyi xəbərə görə, bu hücumda yeddi nəfər həlak olub.
 
Paytaxt Dəməşqin cənubundakı sakinlər aksiyalar keçirərək, "Hizbullah" və hökumətdən bu bölgəyə hərbi yardım göndərməyi tələb ediblər.
 
"Ən-Nusra" üzvləri Hələbin Nubbal və Zəhra kəndlərinə də hücuma keçiblər.
 
Qeyd edək ki, Suriya ordusu və "Hizbullah"ın Livanla sərhəd bölgələrindən hesab edilən Zəbədani şəhərinə hücuma başlamasından sonra İdlib və Hələbdəki şiə qəsəbələrinə də hücumlar bərpa edilib.

Google+ WhatsApp ok.ru