Mixail Saakaşvili Gürcüstan vətəndaşlığından imtina edir

Odessanın yeni qubernatoru və Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Gürcüstan vətəndaşlığından imtina edir.
 
“Mixail Saakaşvili hazırda Gürcüstan vətəndaşlığından imtina prosesindədir”. Bu barədə Odessa administrasiyasının mətbuat xidmətinin əməkdaşı Denis Samıqin bildirib.
 
Bundan əvvəl Saakaşvilinin müavini təyin olunmuş mərhum rusiyalı siyasətçi Yeqor Qaydarın qızı Mariya Qaydar Rusiya vətəndaşlığından imtina etmək niyyətində olduğunu və Ukrayna qanunlarına əməl edəcəyini bildirib.  
 
Qeyd edək ki, Ukrayna konstitusiyasına əsasən bu ölkədə ikili vətəndaşlıq qadağandır.   

Google+ WhatsApp ok.ru