“Topol” kompleksi silahlanmadan çıxarılacaq

“Raket diviziyalarının yenidən silahlanması planlaşdırılır”.
 
“Topol” raket kompleksi 2021-ci ilədək strateji təyinatlı raket qoşunlarının silahlanmasından çıxarılacaq.
 
Bu barədə RİA Novosti-yə raket qoşunları komandanının müşaviri Viktor Yesin bildirib.
 
“Hal-hazırda “Topol” kompleksi ilə silahlanmış raket diviziyalarının “Yars” və “Yars-M” ilə təchiz edilmələri planlaşdırılır. RS-26 raketli “Rubej” kompleksi 2021-ci ildə başa çatdırmağı planlaşdırılır, həmin vaxt artıq “Topol” silahlanmadan çıxarılacaq”, - Yesin bildirib.

Google+ WhatsApp ok.ru