Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini iriçaplı pulemyot və minaatanlardan atəşə tutub 22 İyul 2015 01:00 Hərb Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyot və 60 mm çaplı minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 111 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Çaylı, Yarımca, Göyarx, Ağdam rayonunun Şuraabad, Şıxlar, Kəngərli, Cəvahirli, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb. Düşmən cavab atəşi ilə susdurulub. Teqlər : #Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini iriçaplı pulemyot və minaatanlardan atəşə tutub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Topol” kompleksi silahlanmadan çıxarılacaq ATƏT-in cəbhə bölgəsində keçirdiyi monitorinq başa çatıb
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'