Əl-Vifaq üzvü azad edildi - FOTO

Bəhreyn məhkəməsi tərəfindən 6 ay həbs və pul cəzasına məhkum edilən Əl-Vifaq Cəmiyyəti Məşvərət Şurasının sədri Cəmil Kazım sərbəst buraxılıb.
 
Maide.az-ın məlumatına görə, Bəhreyn Daxili İşlər Nazirliyi tərəfindən verilən yazılı açıqlamada həmçinin bildirilir ki, paytaxt Manama yaxınlığında yerləşən Sitra şəhərində təşkil olunan hücum nəticəsində iki polis öldürülüb, bir nəfər də yaralanıb.
 
Hücumdan sonra şəhərlərə giriş-çıxışlara nəzarət nöqtələri quran Bəhreyn təhlükəsizlik qüvvələri, geniş miqyaslı təhlükəsizlik tədbiri görüb.
 

Google+ WhatsApp ok.ru