Türkiyədə neft boru xətti partladılıb

Türkiyədə neft boru xətti partladılıb. Ölkənin enerji və təbii sərvətlər naziri Tamer Yıldız partlayışın bu gün səhər saatlarında  Şırnak vilayətinin Cizrə rayonu ərazisində törədildiyini bildirib. Nazir deyib ki, Kərkük-Yumurtalıq neft boru xəttindəki partlayış qəsdən törədilib: “Terror aktından dərhal sonra boru xəttindən neftin nəqli dayandırılıb. Bu səbəbdən yanacaq itkisi qeydə alınmayıb”.
Qeyd edək ki, bir neçə gün əvvəl də Türkiyədə neft kəməri partladılmışdı.

Google+ WhatsApp ok.ru