Ərəb parlamentarilər Netanyahuya Əl-Əqsa məscidi ilə bağlı xəbərdarlıq etdi

Sionist İsrail parlamenti Knessetdəki Ərəb deputatları, baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin Əl-Əqsa məscidini bölmək cəhdinə qarşı xəbərdarlıq edib.
Deyerler.org-un Dunyabulteni saytına istinadən verdiyi xəbərə görə, Knessetdəki Ərəb parlamentarilər tərəfindən verilən yazılı açıqlamada bunlar qeyd olunub. "Əl-Əqsa məscidi və Müqəddəs Hərəmin daxilində olan bütün yerlər müsəlmandır. Bura Fələstin və Ərəb xalqına aid müqəddəs, həmçinin yüksək dəyərə malik  bir məkandır. Qorunmasına və orada ibadət azadlığına təminat verilməlidir. Bu vəziyyəti dəyişdirməyə yönələn hər cür təşəbbüs isə daha çox zorakılığa və müharibəyə səbəb olacaqdır".
Ərəb parlamentarilər, sionist gəlmələrin hücumlarından sonra, dünən  Əl-Əqsa məscidinə təşkil etdikləri səfər barədə verdikləri açıqlamada, sionist gəlmələrin Əl-Əqsaya qarşı təxribatları və hücumlarını da qınayıblar. /

Google+ WhatsApp ok.ru