Əsrin sonunadək dünya əhalisi 12 milyarda çatacaq 30 İyul 2015 01:00 Dünya Əhali artımında davamlı yavaşımaya baxmayaraq, indi sayı 7.3 milyard olan dünya əhalisi 2050-ci ildə 9.7 milyarda qalxacaq. Bunu BMT-nin son hesablamalarına əsasən demək olar. «The Guardian» yazır ki, 10 il öncə dünya əhalisinin sayı ildə 1.24% artırdı. Bu gün bu göstərici 1.18%-ə düşüb. Başqa sözlə, hər il dünyaya 83 milyon nəfər gəlir. 1960-cı illərin sonunda pik həddə çatan artım 1970-ci illərdən bəri davamlı düşməyə başlayıb. BMT-nin hesabatında bu enmə doğuş əmsalında qlobal düşüşlə izah olunur. Doğuş əmsalı bir qadının dünyaya gətirdiyi uşaqların orta sayı ilə ölçülür. Hətta bu rəqəmin yüksək olduğu Afrikada da azalma qeydə alınır. 2050-ci ilədək olan dövrdə dünyada əhali artımının yarıdan çoxu doqquz ölkənin hesabına olacaq – Hindistan, Nigeriya, Pakistan, Konqo Demokratik Respublikası, Efiopiya, Tanzaniya, ABŞ, İndoneziya və Uqanda. 80% ehtimal budur ki, 2030-cu ildə dünya əhalisi 8.5-8.6 milyard, 2050-ci ildə 9.4-10 milyard, 2100-cü ildə 10-12.5 milyard olacaq. Hazırda 1.4 milyard əhalisi ilə dünyada birinci yeri tutan Çini yaxın yeddi il ərzində Hindistan (1.3 milyard) üstələyəcək. 2030-cu ildən sonra Hindistanda əhali artımında yüksəliş, Çində isə azacıq yavaşlama gözlənir. azadliq / Teqlər : #Əsrin sonunadək dünya əhalisi 12 milyarda çatacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bəhreyndə hökumət əleyhinə aksiya keçirilib Iraqda isti hava şəraitinə görə 2 gün tətil elan olundu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO