Bəhreyndə hökumət əleyhinə aksiya keçirilib

Bəhreyn vətəndaşları Ali-Xəlifə rejiminin repressiv siyasətlərinin davam etməsinə etiraz olaraq aksiyalar keçiriblər
 
Maide.az xəbər verir ki, Əbu Səbi, əl-Şaxurə, əl-Diyə, əl-Müsəlla, İskan Cədd Həfs və əl-Cəfir bölgələrinin sakinləri aksiyalar keçirərək Sətrə məntəqəsi sakinlərinin mühasirə olunması və muzdluların bəhreynli vətəndaşların mənzillərinə hücumuna etiraz ediblər. 
 
Bəhreyn vətəndaşları şüarlar səsləndirərək, Ali-Xəlifə rejiminin mühasirədə olan Sətrə sakinlərinə qarşı terror hərəkətlərini pisləyiblər. 
 
Aksiyaçılar Bəhreyn xalqının tələbləri reallaşana qədər ictimai hərəkatın davam edəcəyini vurğulayıblar. 
 
Həmçinin Bəhreynin 14 Fevral Gənclər Koalisiyası Sətrə sakinləri ilə həmrəyliyi elan etmək üçün "təslimolmaz" adlı çağırış yayımlayıb və Bəhreynin müxtəlif bölgələrinin sakinlərini ictimai qruplara qoşulmaya və Sətrə sakinləri ilə həmrəyliyi elan etməyə çağırıb. 
 
Sətrə adası Ali-Xəlifə diktatura rejimi qarşısında müqavimət göstərdiyinə görə, Bəhreyn inqilabının paytaxtı kimi xatırlanır. 
 
Bəhreyn Milli Birlik İslam Cəmiyyəti bildirib ki, Sətrə adasına qarşı hərəkətlər bu bölgənin inqilabçı əhalisinə qarşı proqramlaşdırılmış kütləvi cəzalar məqsədilə həyata keçirilir.

Google+ WhatsApp ok.ru