Ərəbistan həccin idarəçiliyini islam ölkələrinə tapşırmalıdır

Maide.az-ın məlumatına görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Livanın əl-Minar telekanalına verdiyi müsahibədə deyib ki, Həccin idarəçiliyində səudiyyəlilərin məğlubiyyətinin açıq-aşkar mənfi nəticəsindən sonra, Ərəbistan həccin idarəçiliyinin müştərk islami məsələ olmasına icazə verməlidir. Yaxud ən azı həccin idarəçiliyi üzrə islam ölkələrindən ibarət bir komitənin təşkil olunmasına icazə verməlidir. 
 
Livan Hizbullahının baş katibi Mina hadisəsində Səudiyyə Ərəbistanının məsuliyyət daşıdığını bildirib: Ərəbistan rəsmiləri hadisədə hacıların məsuliyyət daşıdığını bildirir. Halbuki bu, məsuliyyətdən boyun qaçırmaqdır. 
 
Seyid Həsən Nəsrullah Hizbullahı Livan hökumətində hökumət hesab edən ittihamlar və bu ittihamların Hizbullahın Livandan kənar iştirakından sonra artdığına münasibət bildirib: Hizbullah bir Livan partiyasıdır. Əlaqələrə görə və müttəfiqlərə görə regional proseslərdə də təsirlidir. Əgər bir şəxs Hizbullahı bundan artıq şişirtmək istəyərsə, onun özünə aiddir. 
 
Seyid Həsən Nəsrullah əlavə edib: İran Suriyanın daxili məsələlərində müdaxilə etmir və bununla əlaqədar söylənilənlər yanlışdır. 
 
"İranın Suriyadan istədiyi yeganə şey budur ki, bu ölkə müqavimət mehvərində qalsın. Suriyada qərarlar tam şəkildə suriyalıların qərarıdır. İranın bütün səyi budur ki, Suriya terrorizmin əlinə düşməsin" -deyə Nəsrullah əlavə edib. 
 
Livan Hizbullahının baş katibi Amerikanın Suriya böhranında müdaxiləsi barədə deyib: Onlar dünyanın hər bir yerindən Suriyaya döyüşçü göndərirlər və onları maliyyə və lojistik cəhətdən dəstəkləyirlər və əməliyyat otağı yaratmışlar. Lakin məğlub oldular. Bunun bariz nümunəsi bu koalisiyanın komandanlığına təyin olunan və təqaüdə çıxmış generalın istefasıdır. 
 
Həsən Nəsrullah deyib: Amerika və müttəfiqlərinin İŞİD-lə mübarizədəki məğlubiyyəti Rusiyanın Suriyaya daxil olmasına, iştirakını birbaşa şəkildə davam etdirməsinə səbəb oldu. Biz daxil olan və bu cəbhəni dəstəkləyən hər bir qüvvəni müsbət qarılayırıq. Çünki bu birliklə Suriya və regiondan böyük təhlükələr uzaqlaşır. Qənaətimizcə, Rusiyanın məsələyə daxil olmasın müsbət amildir. İnşallah, müsbət nəticələri də olacaq. 
 
Türkiyə hökumətinin hərəkətlərinə münasibət bildirən Livan Hizbullahının baş katibi əlavə edib: Türkiyənin öz sərhədlərini yaraqlıların üzünə bağlaması və İŞİD-ə öz maliyyə dəstəyini dayandırması yetərlidir və bununla terrorizm əleyhinə mübarizəyə kömək etmişdir. 
 
Seyid Həsən Nəsrullah həmçinin İran və 5+1 qrupu arasındakı nüvə müzakirələrinə toxunaraq deyib: Amerikalılar təsəvvür edirdilər ki, İranla müzakirə əsnasında Suriya məsələsində də danışıqlar apara bilərlər. Bu mənada ki, İrandan imtiyaz ala və bu ölkəni Suriya müharibəsindən uzaqlaşdıra bilsinlər. Lakin onların bu gözləntisi baş tutmadı və amerikalıların etirafına görə, bu müzakirələr yalnız nüvə işi ilə əlaqədar idi.

Google+ WhatsApp ok.ru