Əl-Xəlildə işğalçı güclərlə fələstinlilər arasında toqquşmalar

Əl-Xəlilin cənub bölgələrində işğalçı güclərin tələbələrə gözyaşardıcı bomba atması ilə qarşıdurma yaranıb.
 
Maide.az xəbər verir ki, işğalçı İsrail ordusu yəhudi mühacirlərlə birlikdə Əs-Səba prospekti ilə Babuz-Zaviye bölgəsindəki iş yerlərinə basqın edib. Basqını görə fələstinlilər iş yerlərini bağlayıblar.
 
İşğal güclər bundan başqa bu gün səhər saatlarında Beytlahim şəhəri sakinlərindən üç gənci həbs edib.
 
Fələstin İnformasiya Mərkəzinin şahidlərdən aldığı məlumata görə, qarşıdurmalar işğalçı qüvvələrinin tələbələrə və piyadalara gözyaşardıcı və səs bombası atmasından sonra baş verib.
 
İşğal güclərinin atdığı bombalardan yayılan qazdan bir çox insan əziyyət çəkib və fələstinli gənclər sionistlərə daş və boş şüşələrlə cavab veriblər.

Google+ WhatsApp ok.ru