Əfqan müəllim Nansen Qaçqın Mükafatına layiq görülüb

BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı bu il Nansen Qaçqın Mükafatına özü də qaçqın olan və həyatını Pakistandakı qaçqın qızların təhsilinə həsr edən əfqan müəllim Aqeela Asifiyə təqdim edib.
 
Maide.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarı Antonio Guterres İsveçrənin Cenevrə şəhərində təşkil olunan mərasimdə Nansen Qaçqın Mükafatını Asifiyə verib.
 
Pakistanda 3 milyon qaçqından biri olan əfqan müəllim Asifi mükafat mərasimində etdiyi çıxışında, "İlk məktəbi açanda çox da nikbin deyildim. Bu qədər uğurlu olacağımı heç gözləmirdim. Sülh göyərçini elçimiz olsun. Müharibə və silah mədəniyyətini geridə qoyub qələm və təhsilə üz tutaq. Ancaq bu şəkildə ölkəmizə sülh və rifah gətirə bilərik", - deyib.
 
Ailəsi ilə 1992-ci ildə Əfqanıstandakı müharibədən qaçaraq Pakistana gələn Asifi, 20 ildən artıqdır Pakistandakı qaçqın qız uşaqlarına təhsil vermək mübarizəsini davam etdirir.
 
1921-ci ildə ilk dəfə BMT-nin Qaçqınlar Üzrə Ali Komissarı olan Norveçli kəşfiyyatçı Fridtjof Nansenin adını daşıyan mükafat hər il qaçqınlara göstərdiyi yardımlarla önə çıxan şəxs və qruplara verilir.

Google+ WhatsApp ok.ru