Ağlasığmaz cinayət: 11 yaşlı uşaq 8 yaşlı qonşusunu qətlə yetirib

ABŞ-da 11 yaşlı uşaq it üstündə 8 yaşlı qonşusunu güllələməkdə ittiham edilir.
Maide.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Tennesse ştatında 11 yaşlı oğlan qonşuluqda yaşayan Makkeyl Dayler adlı 8 yaşlı qızla mübahisə edib.
Qız körpə itini ona göstərmədiyi üçün 11 yaşlı oğlan əsəbiləşib və atasının tüfəngi ilə qonşusunu güllələyib.
Polis 11 yaşlı oğlan haqqında “kiçik yaşda 1-ci dərəcəli cinayət” maddəsi ilə cinayət işi açılıb. Uşağın 28 oktyabrda məhkməyə çıxarılacağı gözlənilir.
ABŞ-da silahla törədilən cinayətləri araşdıran “Silahlı Şiddət Arxivi” adlı qurumun məlumatına görə, bu il 11 yaşdan aşağı 559 uşaq silahla öldürübü və ya yaralanıb. /

Google+ WhatsApp ok.ru