“Amnesty İnternational” Şeyx Salmanı azadlığıa buraxmağa çağırıb

“Amnesty İnternational” Təşkilatı yaydığı bəyanatda Bəhreynin “Əl-Vifaq” Cəmiyyətinin baş katibini dərhal həbsdən azad etməyə çağırıb.
 
Maide.az xəbər verir ki, “Amnesty İnternational” Təşkilatı bəyanatında Bəhreynin “Əl-Vifaq” Cəmiyyətinin baş katibi Şeyx Salmanın hakim rejim tərəfindən hələdə həbsdə saxlamasını tənqid edərək  onun dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edib.
 
“Amnesty İnternational” bu bəyanatda Bəhreyn rəsmilərini insan haqları haqqında qanunlara hörmətlə yanaşmağa və Şeyx Əli Salmanı ən qısa zamanda azadlığıa buraxmağa çağırıb. " Şeyx Əli Salman düşüncə məhbusudur və o, yalnız hakim rejimə qarşı dinc yolla etiraz etdiyi üçün həbs edilib ki, bu da tamamilə “ədalətsiz” addımdır."
 
Xatırladaq ki, Bəhreyn rejimi Əl-Vifaq Cəmiyyətinin baş katibi Şeyx Salmanı keçən ilin dekabr ayında hökumətə qarşı çıxma və xalqı aksiyalara çağırma ittihamı ilə həbs edib.
 
Bəhreyn xalqı bu müddər ərzində Şeyx Əli Salmanın həbsinə etiraz olaraq ölkənin müxtəlif bölgələrində, xüsusən də “Əl-Vefaq” Cəmiyyətinin baş katibinun doğulduğu “Əl-Belad əl- Qədim” də dəfələrlə etiraz aksiyası keçirib. /

Google+ WhatsApp ok.ru