Ənbar vilayətinin qərbinin təmizlənməsində 115 İŞİD üzvü öldürülüb

İraq Xalq Könüllülər batalyonunun komandirlərindən biri Ənbar vilayətinin qərbində yerləşən əl-Bohuyat rayonunun tamamilə təmizlənməsi əməliyyatında 115 İŞİD terrorçusunun öldürüldüyünü bildirib.
Maide.az xəbər verir ki, Vaseq Fərtusi çərşənbə günü deyib ki, İraq Təhlükəsizlik qüvvələri və Xalq Könüllülər batalyonu Ənbar vilayətinin qərbindəki Hədise bölgəsinə bağlı əl-Bohuyat rayonunu tamamilə İŞİD terrorçularından geri almağa nail olub.
O qeyd edib ki, bu əməliyyatda aralarında çoxsayda xarici vətəndaşın olduğu 115 İŞİD terrorçusu zərərsizlə.dirilib və İraqın birləşmiş qüvvələri hal-hazırda həmin bölgəyə nəzarəti ələ alıblar.
Ənbar vilayətinin digər bölgələrinin də İŞİD terrorçularının işğalından azad edilməsi istiqamətində aparılan hərbi əməliyyatlar davam edir./ 

Google+ WhatsApp ok.ru