Bəhreynli siyasi fəala həbs cəzası verildi

Bəhreyn hökümətinə tabe Məhkəmə orqanı Vefaq Cəmiyyətinin katibliyinin üzvü Məcid Miladı iki il azadlıqdan məhrum edib.
 
Maide.az xəbər verir bu siyasi fəal kiçik bir dairədə ölkədə siyasi islahatlar barədə etdiyi çıxışa görə həbs cəzası alıb.
 
Bəhreyn Vefaq Cəmiyyəti vurğulayıb ki, Miladın mühakimə edilməsi ölkədə heç bir söz və düşüncə azadlığının olmamasını göstərir və düşüncəsini ifadə edən insanların cəzalandırılması və məsuliyyətə cəlb edilməsi Bəhreyndə ən yüksək həddə çatıb və qəbuledilməzdir.
 
Cəmiyyət qeyd edir ki həbsxananın qapıları açıq qalan yeganə qapıdır və tərəqqi, inkişaf, əlaqə və müzakirənin bütün qapıları qəsdən Bəhreyn xalqının üzünə bağlanıb və buna laqeyd yanaşılıb.
 
Cəmiyyət əlavə edib ki, ölkə rəsmilərinin mövcud problemləri həll etmək üçün bütün səyləri təhlükəsizlik tədbirləri ilə, o cümlədən fəalların mühakiməsi ilə məhdudlaşır. /

Google+ WhatsApp ok.ru