​Əfqanıstanda növbəti terror

Maide.az xəbər verir ki, Əfqanıstanda növbəti dəfə polis idarəsinə qarşı terror hücumu həyata keçirilib. Yerli medianın yazdığına görə, ölkənin şimalında yerləşən Baqlan əyalətinin Markazi şəhərində polis məntəqələrindən birində törədilən partlayış nəticəsində azı 6 nəfər yaralanıb.
Partlayışı hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Rəsmi orqanlar da heç bir açıqlama vermirlər.

Google+ WhatsApp ok.ru