Nə üçün dünya, iraqlıların neçə illik kədərini unudub? - VİDEO

Fransanın paytaxtı Parisdə İŞİD terror qruplaşması tərəfindən törədilən və ən azı 129 nəfərin həlak olduğu hücumlar bu günlərdə xəbər başlıqlarına çevrilib. Bir sıra ölkələrin əhalisi hadisə qurbanlarının xatirəsini yad edib, halbu ki, İraq xalqı uzun müddətdir İŞİD terror qruplaşmasının qorxusu və vahiməsi altında yaşayır.
 
Maide.az xəbər verir ki, Press TV-nin İraq üzrə müxbiri Əltaf Əhmədin verdiyi məlumata görə, İraq xalqı KİV-lərin, ictimai fəalların və Beynəlxalq təşkilatların onların dərdinə və iztirablarına biganə yanaşdıqlarından gileylənir.
 
BMT Paris terrorundan öncə İraqda qurbanların sayı ilə bağlı açıqlama yayıb. Təkcə 2015-ci ildə terror hücumları nəticəsində 2000 insan həyatını itirib. Amma buna baxmayaraq, heç kim bu həqiqəti qabartmayıb, sosial mediada bu haqda heç bir haştaq yaradılmayıb. Buna görə də indi İraq camaatı sual edir ki, həqiqətənmi onların canı dünya ictimaiyyəti üçün maraqlı deyil?  
İraqlı bir vətəndaş deyir ki, insanlar arasında ayrıseçkilik olmamalıdır, lakin indi insanlar arasında bölgü aparılır. Bütün ölkələr simvollarını Fransa bayrağına boyayıblar. Lakin İraq 2003-cü ildən qan içindədir, kimsənin vicdanı sızlamır.
İraq xalqı da Parisdəki terroru pisləyib. İraqlı vətəndaşlardan biri deyir ki, "tökülən hər damcı qan, alınan hər bir can bizim ürəyimizi ağrıdır, çünki biz bu hissi bilirik və on illərdir biz bunun şahidi olmuşuq. Ümid edirik, bizim də dərdimiz başqalarının ürəyini ağrıtsın, necə ki, onların dərdi bizim ürəyimizi ağrıdır. Amma görünən odur ki, bizim qanımızın dəyəri yoxdur, həyatımızın önəmi yoxdur."

 

Google+ WhatsApp ok.ru