Ərəbistan məhkəməsi 4 şiə gənci 83 il həbs cəzasına məhkum edib

Ərəbistan Cinayət Məhkəməsi 4 şiə gənci ölkənin şərqindəki Qətif şəhər Ədliyyə İdarəsinin binasına hücum edərək yandırıcı şüşələr atmaqda və od vurmaqda ittiham edib.
 
Maide.az-ın məlumatına görə, Ərəbistan Cinayət Məhkəməsi həmin 4 nəfəri 13-25 ilədək uzunmüddətli həbs cəzasına məhkum edib və onlara ölkəni tərk etmək qadağan olunub.
 
Ərəbistanın şərqindəki Qətif şəhəri şiələrin məskunlaşdığı bir bölgədir. 2011-ci ildən bu region iğtişaşlara və Ərəbistan rejiminə qarşı kütləvi etirazlara şahidlik edir.
 
Ərəbistan rejimi daim anti-hökümət etirazlarını boğur və bir çox etirazçıları həbs edir. /

Google+ WhatsApp ok.ru