Gürcüstan beş məscidi təhvil verəcək

Gürcüstan rəhbərliyi Kobuleti, Ozurgeti və Batumi şəhərlərində yerləşən beş məscidi müsəlmanlara təhvil verəcək.
 
Maide.az xəbər verir ki, Gürcüstan hökuməti ölkədə olan beş məscidi Müsəlmanlar İdarəsinə təslim etməl barədə qərar qəbul edib.
Din İşləri üzrə Dövlət İdarəsi Acariya bölgəsində yerləşən beş məscidi müsəlmanlara təslim edəcəyini açıqlayıb. Bu məscidlər Kobuleti, Ozurgeti və Batumi şəhərlərində yerləşir.
 Gürcüstan müftisi Beqlar Kamaşidze hökumət rəsmiləri ilə Batumi şəhərindəki başqa məscidlər məsələsini də müzakirə etdiklərini söyləyib.
 Din İşləri Dövlət İdarəsinin rəhbəri Zaza Vaşakmadze, "Acariya hökuməti müftisinin tələbi ilə biz məscidlərin müsəlmanlara təslim edilməsinə qərar verdik. Pravoslav kilsələri ilə bağlı olaraq isə bir neçə tələbi rədd etdik, 8-9 kilsənin tələblərində çatışmazlıqlar ortaya çıxdı və onları qismən yerinə yetirdik, qalan müraciətlər isə hazırda baxışdadır", - deyib.

Google+ WhatsApp ok.ru