“Facebook” ABŞ məxfi missiyasını ifşa etdi

ABŞ xüsusi təyinatlı dəstəsinin məxfi missiyası Liviyanı tərk edib.
 
Publika.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb sosial şəbəkələrdə məxfi missiya ilə bağlı fotoların dərc edilməsi olub.
 
Liviya Hərbi-Hava Qüvvələri mülki geyimdə olan təxminən 20 nəfərin şəkillərini “Facebook”da dərc edib. Bundan sonra Amerika hərbçiləri ölkəni tərk etməyə məcbur olub./
 

Google+ WhatsApp ok.ru