Əfqanıstanda 6 Amerika əsgəri öldürülüb

ABŞ Müdafiə Departamenti bildirir ki, Əfqanıstanda Baqram hava bazası yaxınlığında intiharçı 6 Amerika əsgərini öldürüb. Bu, avqustdan bəri beynəlxalq qüvvələrin verdiyi ən böyük itkidir.
 
ABŞ Müdafiə naziri Ash Carter deyib ki, dekabrın 21-də törədilmiş hücumda daha iki hərbi heyət üzvü və bir podratçı həlak olub. Bir əfqan əsgərin də yaralandığı bildirilir.
 
Pentaqon və Ağ Ev həlak olan hərbçilərin ailələrinə başsağlığı verib.
 
Dekabrın 21-də taliban silahlıları Helmand vilayətinin Sangin rayonunu ələ keçirib. Bu rayon Baqramdan cənubda yerləşir. /

Google+ WhatsApp ok.ru