​İŞİD Ramadidən qaçır , İraq ordusu şəhərin mərkəizni ələ keçirib

Iraq rəsmiləri bildirir ki, təhlükəsizlik qüvvələri Ramadidə hökumət binalarının yerləşdiyi kompleksini nəzarətə götürüb. Bu kompleks İŞİD terror qruplaşmasının əsas istehkamı sayılırdı.
 
Maide.az xəbər verir ki, “Bu kompleksə nəzarət həmçinin onların Ramadidə məğlub olması deməkdir”, bunu hökumət qüvvələrinin sözçüsü Sabah al-Numani dekabrın 27-də Reuters agentliyinə deyib. “Kompleks tam nəzarətimiz altındadır”.
 
İraq qüvvələrinin qələbəsi o deməkdir ki, Ramadi hökumətin Tikritdən sonra geri aldığı ikinci şəhərdir. Bu, hökumətin mövqeyini gücləndirir.
 
Ramadi Bağdadın 108 kilometrliyində yerləşir.  İraq və Suriya sərhəddinə yaxın olduğu üçün önəmli və stratejik bir bölgədir.  Ramadi 7-8 aya yaxın idi ki, İŞİD terror qruplaşmasının nəzarəti altında idi.
Məlumata görə, Ramadidə əməliyyatın sürətli aparılmasına əngəllər var. Belə əngəllərdən biri orada dinc sakinlərin  olmasıdır. Belə ki, İŞİD terror qruplaşmasının həmin dinc sakinlərdən canlı siper kimi istifadə edir. İkinci əngəl isə İŞİD-in şəhərin müxtəlif yerlərində  bomba quraşdıraraq ordu qüvvələrinə qarşı ondan tələ kimi istifadə etməsidir. İŞİD hazırda İraqın ikinci böyük şəhəri olan Mosula da nəzarət edir.   /

Google+ WhatsApp ok.ru