“Azərişıq” 90-cı illərə geri dönür

Əhaliyə kommunal xidmət göstərən qurumların fəaliyyətini qiymətləndirmək üçün havaların soyuması və qarın yağmasını gözləmək lazımdır. Bakıya qar yağan kimi vətəndaşlar işıq, qaz problem yaşayır.
 
Dünəndən yağan qar Bakıətrafı kənd və qəsəbələri işıqsız qoyub.
 
Maide.az-ın məlumatına götə, sakinlər "virtualaz" saytına bildiriblər ki, dünəndən Bülbülə, Mərdəkan qəsəbələrinə, eləcə də Məhəmmədi, Hökməli kəndlərinə işığın verilməsində fasilələr yaranıb. Zığ qəsəbəsinə verilən işıq isə o qədər zəifləyib ki, televizor, soyuducu işləməyib. Xətai rayonu, Gəncə prospekti, 16-da və ətraf binalarda, Xudu Məmmədov küçəsində, Binəqədi rayonunun bəzi hissələrində isə hələ də işıq yoxdur.
 
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin qəza və “Qaynar xətt” xidməti telefonlara cavab verməyib. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevə edilən müraciət də nəticəsiz qalıb.

Google+ WhatsApp ok.ru