Əl-Əqsa məscidi yaxınlığında fələstinli qadınlar döyülüb

Sionist hərbçilər Əl-Əqsa məscidindən sürgün edilmiş fələstinlilərin bu məscidin girəcəklərindən birinin qarşısındakı aksiyasını yatırıblar.
 
Maide.az "Quds" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, sionistlər məscidin qarşısında fələstinli qadınları döyüblər.
 
Qeyd edək ki, sionistlər son illərdə bir çox fələstinlini, xüsusən Əl-Əqsa məscidi gözətçilərini ömürlük olaraq bu məscidə daxil olmaqdan məhrum ediblər.
 
Digər tərəfdən, "Yediot Aharonot" qəzeti yazır ki, Qüdsdə fələstinlilərə qarşı təhrikedici hərəkətlərin davamı olaraq işğal olunmuş Qüdsün polisi Əl-Əqsa məscidinin müdiri Nəcə Bəkiratini altı ay müddətinə müqəddəs məkana girişinə məhdudiyyət qoyub. Polis rəsmisi iddia edib ki, bu addımın atılması əhaliyə və onun əmlakına xəsarətin dəyməsinin qarşısını almaq üçün lazımdır.
 
Yanvarın 31-dən başlayaq icra olunan qərara əsasən, Nəcə Bəkiratiyə Əl-Əqsa məscidinə girmək, dayanmaq və ya hətta bu məscidin həyətinin girəcəklərinə yaxınlaşmaq belə qadağan edilib.

Google+ WhatsApp ok.ru