İsrail rejimi Qərbi İordanda 7 fələstinlini həbs etdi

İsrail rejimi əsgərlərinin Qərbi İordanda 7 fələstinlini saxladığı bildirilir.
 
Maide.az xəbər verir ki, ordu tərəfindən verilən yazılı açıqlamada, Qərbi İordanda 2-si Həmas mənsubu olmaqla 7 fələstinlinin nəzarətə alındığı deyilir. Həbs əməliyyatlarının, Nablus, Beytullahim və Əl-Xəlil şəhərlərində intensivləşdiyi bildirilən açıqlamada, fələstinlilərin sorğu üçün aparıldığı qeyd edilib.
 
Fələstin Əsir İşləri Heyətindən verilən yazılı açıqlamada İsrail rejimi rəhbərliyinin 2015-ci ildə əvvəlki ilə nisbətən 12,7 faiz artımla 6 min 830 fələstinlini həbs etdiyi deyilir. 
 
Birləşmiş Millətlər Təşkilatının Humanitar İşlər Koordinasiya Ofisinin (OCHA) açıqladığı rəqəmlərə görə, İsrail son bir ildə 170 fələstinlini öldürüb, 15 min 377-sini yaralayıb.

Google+ WhatsApp ok.ru