“Qız Qalası” restoranında kütləvi dava - 2 yaralı

Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən "Qız Qalası" restoranında kütləvi dava olub.
 
“Qafqazinfo”nun baku.ws-ə istinadən məlumatına görə, dava sonda bıçaqlanma ilə nəticələnib. Hadisə nəticəsində 2 nəfər ağır yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıblar.
 
Polis dava salan şəxsləri axtarır. Həmin şəxslərin hadisə yerindən gümüşü rəngdə "Toyota” markalı avtomobillə uzaqlaşdıqları bildirilir. /

Google+ WhatsApp ok.ru