Lənkəran-Lerik yolunda təhlükə -VİDEO

Lənkəran-Lerik yolundakı sürüşmə yenidən aktivləşib. Ən gərgin vəziyyət yolun 27-ci kilometrliyindədir. Sürüşmə artıq yolun asfalt qatına qədər çatıb.
 
Son bir ayda bölgəyə yağan qar və yağış səbəbindən sürüşmə sahələrində aktivlik müşahidə olunur. Lənkəran-Lerik yolunda sürüşmənin intensivliyi yenidən artıb.
 
Hazırda ən gərgin vəziyyət yolun 27-ci km-dədir. Sürüşmə artıq yolun asfalt qatına qədər çatıb. Lerik rayonu üçün həyati əhəmiyyətə malik yolda müşahidə  edilən aktivlik  nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün də çətinliklər yaradır. Qar və ya yağış yağanda yolun üst qatından gələn palçıq sürücülərin yolda hərəkət etmələrinə mane törədir.
 
Hazırda avtomobillərin hərəkəti məhdudlaşdırılmasa da, sürüşmə davam edərsə yolda problemin yaranacağı istisna edilmir./
 

Google+ WhatsApp ok.ru