Əsəd: Suriyada vətəndaş müharibəsi yoxdur, terrorla mübarizə aparırıq

Almaniyanın ARD televiziya kanalına müsahibə verən Suriya Prezidenti Bəşər Əsəd ölkəsinin daxili müharibə halında olmadığını, beynəlxalq terrorizmlə mübarizə apardığını söyləyib.
 
Maide.az xəbər verir ki, ölkəsini tərk etmək məcburiyyətində qalan insanların Almaniya tərəfindən qəbul edilməsini müsbət qarşıladığını, ancaq suriyalıların həyatlarını ölkələrində davam etdirmələrinə yardımçı olmağın daha ağıllı və daha az xərcli olacağını dilə gətirən Əsəd, bunun üçün Qərbin ölkəsi ilə deyil, terrorla mübarizə aparmasına qərar verməsi lazım olduğunu söyləyib.
 
Suriyanın içində olduğu vəziyyətdən hökumətin məsul olmadığını bildirən Əsəd, "Suriyada vətəndaş müharibəsi yoxdur" deyib.

Google+ WhatsApp ok.ru