“Səudiyyə Ərəbistanda seçkilər keçirməyə ehtiyac yoxdur, ona görə ki....”

Səudiyyə Ərəbistanının BMT yanında daimi nümayəndəsi Abdulla əl-Müəllimi deyir  ki, ölkəsində Suriyanın əksi olaraq seçkilər keçirməyə ehtiyac yoxdur, ona görə ki, əhali  hökumətdən "razı"dır. 
 
Maide.az xəbər verir ki,  A. əl-Müəllimi  Əl-Cəzirə kanalının  nə  üçün  Səudiyyə Ərəbistan Suriyada seçkilərin keçirilməsini tələb edir  bir halda ki, rəsmi Riyadın özündə yalnız bir neçə bələdiyyə seçkisinin keçirilməsinə icazə verilir sualının cavabında  deyib ki, Səudiyyə Ərəbistan xalqı hökumətdən razıdır və buna görə seçkilərin keçirilməsinə ehtiyac yoxdur, lakin Suriya ilə bağlı bu belə deyil.
 
A.əl-Müəllimi deyib ki,  seçkilər hər şey üçün əlverişli  müalicə yolu deyil. “Suriyada seçkilər keçirildiyi üçün Səudiyyə Ərəbistan da seçkilər keçirməlidir deyə  bir şey yoxdur”.
 
O iddia edib ki,  Səudiyyə Ərəbistanda  sorğu keçirilərsə əhalinin hökumətdən nəqədər razi olduğunun şahidi olacaqsız. 
 
Qeyd edək ki, 2011-ci ildən Səudiyyə Ərəbistanın əl-Qətif əyaləti də daxil olmaqla ölkənin bir sıra əyalətlərində siyasi islahatların keçirilməsi məqsədilə kütləvi dinc  aksiyalar və nümayişlər keçirilir. Lakin Səudiyyə Ərəbistanın hakimiyyəti ölkədə nümayiş və etirazları  silah və texnika gücünə yatırmağa çalışır. İndiyədək onlarla dinc sakin öldürülüb  yüzlərlə dinc sakin  isə yaralanıb. 
 
Xatırladaq ki, bir  müddət öncə Amnesty International BMT-nin İnsan Hüquqları Şurasından istəmişdi ki,  Səudiyyə Ərəbistanı qanunlardan müxaliflərə qarşı  represiyaları artırmaq məqsədi ilə suistifadə etdiyi üçün cəzalandırsın.  
 
Amnesty International  öz bəyaantında bildirmişdi ki,Səudiyyə Ərəbistan “terrorizmlə mübarizə” adı altında qanun qəbul edib və bu qanunla dinc aksiyalarda iştirak edənləri də terrorçu kimi görür,  insan haqları fəalları və tənqidçilər haqqında məhkəmələrdə  ədalətsiz qərarlar çıxardır  və uzun müddətli həbs edir. /
 
 

Google+ WhatsApp ok.ru