`İran öz raket potensialını daha çox artıracaq`

Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.
 
ABŞ-ın İranın raket proqramına dair atdığı son addımlara cavab olaraq, İran öz raket potensialını daha çox artıracaq.
 
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib: “Biz öz raket proqramımızın inkişafı üçün heç bir məhdudiyyət tanımırıq. Çünki bu proqramın nüvə silahı ilə heç bir əlaqəsi yoxdur”.
 
Ağ evdə prezident seçkiləri ilə əlaqədar baş verəcək dəyişikliklərin Nüvə Proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planına (HBFP) mümkün təsirinə gəldikdə isə İran XİN rəhbəri bildirib ki, HFP ABŞ hökumətinin hüquqi öhdəliyidir və Ağ Evdə kimin rəhbər olacağından asılı deyil.
 
“ABŞ hökuməti üzərinə götürdüyü öhdəliyi əməldə yerinə yetirməyə borcludur. Bu öhdəlik kağız üzərində qalmamalıdır”, - deyə Məhəmməd Cavad Zərif bildirib. APA /
 

Google+ WhatsApp ok.ru