Ərdəbilə qar yağıb, məktəblərdə dərslər dayandırılıb

İranın  Ərdəbil əyalətinin 7 şəhərində mətkəblərdə  dərslər  dayandırılıb,  buna səbəb isə bahar fəslində yağan  güclü qardır.
 
Maide.az  xəbər  verir ki,  İranın Ərdəbil əyalətinin  təhsil idarəsi  elan  edib ki, qarın yağması və  havanın soyumasına görə,  bazar ertəsi  Ərdəbil,  Səreyn,  Nəmin, Nir  və Hir  şəhərlərində   səhər  növbəsində dərslər  dayandırılır. 
 
Həmçinin məlumatda bildirilir ki,  Ərşəq, Lahrud və Meşkinşəhr şəhərlərində  həm səhər və həmdə  günorta  növbəsində  dərslər dayandırılır.  
 
Qeyd  edək ki,  bazar  günü axşamdan Ərdəbil əyalətinə  qar yağmağa başlayıb və bəzi şəhərlərdə yağıntılar hələdə  davam edir. 
 
 

Google+ WhatsApp ok.ru