BMT hesabatı: Dağlıq Qarabağdakı 50 nəfər erməni Yerevandan müvəqqəti sığınacaq istəyib

Həftə sonu Dağlıq Qarabağ münaqişəsi zonasında baş vermiş şiddətli qarşıdurmalarda azı 33 nəfər ölüb, 200-dən çox adam yaralanıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu məlumatlar BMT-in Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin (HMKİ) hesabatında əksini tapıb.
"Ermənistan və Azərbaycandakı rəsmi mənbələrə əsasən, azı 30 əsgər və 3 dinc sakin hərbi əməliyyatlar nəticəsində həyatını itirib. Nə mülkü vətəndaşlar, nə də hərbçilər arasında yaralılar barədə rəsmi məlumat yoxdur. Qeyri-rəsmi mənbələrə görə, bu sayın 200-dən çox olduğu təxmin edilir", - hesabatda deyilir.
HMKİ-nin məlumatına əsasən, hərbi əməliyyatların getdiyi kəndlərdə təxminən 14,4 min insan yaşayır: "Azərbaycan hökuməti insanların daxili yerdəyişməsinin olmadığını bəyan edib. Ermənistan tərəfindən isə 50 nəfər Yerevandan müvəqqəti sığınacaq istəyib. Hər iki hökumət beynəlxalq humanitar yardıma ehtiyaclarının olmadığını açıqlayıb", - hesabatda vurğulanır.

Google+ WhatsApp ok.ru