“İsrail Amerikanın 51-ci ştatıdır“

İngiltərənin əsas müxalifət partiyalarından olan "Fəhlə partiyası"nın üzvlərindən biri Naz Şah partiya üzvlüyündən çıxarıla bilər.
 
İslaminSesi Hürriyyet.com-a istinadən bildirir ki, parlamentə deputat seçilməzdən əvvəl  Facebookda yayımladığı statuslar  ucbatında Naz Şah parlamentdəki deputatlığından məhrum ola bilər. 2014-cü ildə Facebook da İsrail haqqında statuslar yazan Naz Şah oranı Amerikanın 51-ci ştatı adlandırıb.  Öz sosial şəbəkə hesabında İsrail Fələstin problemi haqqında xəritə paylaşaraq: "İsrail Amerikaya köçüb getsin, bununlada problem həll olunar. Amerikalılar onları çox xoş qarşılayar. Bu Amerikanın onlara etdiyi hərbi yardımlardan qatbaqat ucuz başa gələr" yazmışdı. 
 
O hətta bir dəfə İsrailin siyasətini Hitlerin nasist siyasətinə də bənzətmişdi. Baş nazır Devid Kameronun da müdaxilə etməsi ilə Naz Şaha qarşı cinayət işi başlanmış və onun hazırda partiyada qalıb-qalmayacağı müzakirə edilir. Onu irqçilikdə günahlandırırlar və Devid Kameron özü yəhudiliyə qarşı çıxmağı irqçilik deyə səciyyələndirib. / 

Google+ WhatsApp ok.ru