İranda ikinci dövr parlament seçkiləri - sabah

Fevralın 26-da keçirilmiş seçkilər nəticəsində birinci dövrədə 290 yerlik Məclisə 222 namizəd seçilib və qalan 68 yerin sahibləri elektorat tərəfindən ikinci dövrədə seçiləcək.
 
Maide.Az-ın məlumatına görə, səslərin ən azı dörddə birini yığa bilməmiş 136 namizəd aprelin 29-a təyin edilmiş seçkilərdə yerdə qalan mandatlar uğrunda yarışmaq üçün artıq müxtəlif dairələrdə rəsmi kampaniyaya başlayıblar.
 
Prezident Həsən Ruhanini dəstəkləyən mötədil/islahatpərəst düşərgə qarşıdan gələn seçkidə mühafizəkar düşərgə ilə yarışda daha çox mandat əldə etməyə çalışır ki, yeni məclisdə güclü blok yarada bilsin.
 
Faktlar və rəqəmlər  
 
Seçkidə qazanılacaq mandatların sayı: 68
 
Namizədlərin sayı: 136  
 
Dairələr: ölkə boyunca 207 dairədən 55-i; 31 əyalətin 22-si   15,365 seçki məntəqəsi kampaniya 21 apreldə başlanıb və cümə axşamı, aprelin 28-də, yerli vaxtla saat 0800-da başa çatacaq.
 
Səsvermə saatları: Yerli vaxtla səhər saat 8-dən gündüz saat 16-dək. Lakin İranda adətən səsvermə müddəti iki-üç saat uzadılır.
 
Səsvermə hüququ olanlar: Seçki gedən dairələrdə birinci dövrədə səs verənlər və birinci dövrədə ümumiyyətlə səs verməyənlər.
 
Birinci dövrədə 78 milyonluq əhalidən 54, 9 milyon səsvermə hüququ olan şəxs vardı. İkinci dövrədə isə deyilənlərə görə, bu rəqəm təxminən 17 milyon olacaq.  27 may: Məclis özünün 4 illik işinə başlayır.
 

Google+ WhatsApp ok.ru