​Hizbullah komandiri şəhid edildi

Hizbullahın komandirlərindən  Seyyid Mustafa Bədrəddin  şəhid olub. 
 
Maide.Az xəbər verir ki, Hizbullah Seyyid Mustafa Bədrəddin şəhid olması ilə bağlı bəyanat yayıb və bildirib ki, M. Bədrəddin bir ömür cihad yolunda olub, dəfələrlə həbs edilib. Şəhid Mustafa Bədrəddin (Zülfüqar) Suriyada  təkfirçi qurplara qarşı mübarizədə şəhid olub.
 
Onun şəhid olması ilə bağlı bəyanatda bildirilir ki,   O,  Dəməşq hava limanın yaxınlığında Hizbullahın  qərargahlarının birində baş vermiş partlayış nəticəsində  daha bir neçə Hizbullah üzvi ilə birlikdə şəhid olub. 
 
Şəhid Bədrəddin Hizbullahın  hərbi qolunun komandiri olub. O bu vəzifədə şəhid İmad Muğniyəni əvəz edib. 
Baş vermiş  partlayışın İşğalçı İsrail rejim hərbi hava qüvvələrinin açdığı avia zərbə nəticəsində baş verdiyi bildirilir. 
 
 

Google+ WhatsApp ok.ru