Həsən Nəsrullah: İŞİD bütün cəbhələrdə məğlub olub

Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullah cümə axşamı günü günün ikinci yarısında Həzrət Abbasın (ə) mövlud günü münasibəti ilə və müharibə əlilləri günü münasibətilə çıxış edib. 
 
Maide.Az xəbər verir ki, H.Nəsrullah deyib ki, İŞİD bütün cəbhələrdə məğlub olub və bu üzdən, İraq, Livan və Suriyada günahsız və din əhalini hədəfə alır.
 
Region hadisələrinə toxunan Livan Hizbullahının baş katibi bildirib ki, regionun əzab çəkdiyi iki məsələ var, bunlar  sionist və təkfirçi fəlakətidir ki, bunlar  müqavimət mehvərini məhv etmək və regionda dəyişiklik yaratmaq üçün ingilis-amerikan planlarıdır.  “İngiltərənin planı və himayəsilə Fələstin ərazisində saxta sionist rejimi təsis olundu. Bu fəlakətin nəticələri hələ də ərəb və müsəlman ümmətini incidir və onun təhlükəsizliyi, sabitliyi və gələcəyini hədələyir.”
 
H.Nəsrullah deyib ki, İngiltərə Fələstin ərazisində saxta sionist rejimi yaratdığı kimi bu gün də Amerika və onun regional müttəfiqləri bizim regionumuzda terror qruplarını yaradıblar ki, müqavimətin yerdə qalan əhval-ruhiyyəsini məhv etmiş olsunlar.
H.Nəsrullah deyib ki,  Amerika, sionist rejim və Qərb bu gün regionda elə bir problemlə üzləşirlər ki, onun adı, yeni düşmən, yəni təkfirçi terrorizmlə mübarizə tərzini bilən Yəmən və İraqda müqavimətin formalaşması, ümmətin oyanışı, Livan və Fələstində müqavimət hərəkatları, İran İslam Respublikası və Suriya Ərəb Respublikasından ibarət müqavimət mehvəridir.
 
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah "Onlar İŞİD-dən istifadə ilə təkcə Hizbullarhı aradan götürmək istəmirlər; onların hədəfi, İranla savaş, İraq və Suriyada dəyişiklik yaratmaqdır" deyərək, əlavə edib ki,onlar Livanda da təkfirçi terrorçuları Suriya sərhədləri yaxınlığındakı Ərsal qəsəbəsindən Aralıq dənizi sahillərinə çatdırmaq istəyirlər, amma müqavimətin sayıqlığı ilə bu fitnələr zərərsizləşdiriləcəkdir.
 
Livan Hizbullahının baş katibi çıxışının davamında Livanın daxili məsələlərinə toxunub və Beyrutun cənubundakı Zahiyyə məntəqəsinin və digər məntəqələrin əhalisini qarşıdakı bazar günü Livanın Cəbəl vilayətində keçiriləcək şəhər şuraları seçkilərinin ikinci mərhələsində fəal iştiraka, eləcə də Hizbullah, Əməl hərəkatı və Milli Azadlıq Cərəyanı Partiyasının "Vəfadarlıq, inkişaf və islah" adı altında olan birgə siyahısını dəstəkləməyə çağırıb.
 
H.Nəsrullah deyib ki, biz öz müttəfiqlərimizə siyasi və əxlaqi cəhətdən iltizamlıyıq, amma onların müttəfiqi olan kəslərlə iltizamlı deyilik, ona görəki, Hizbullah öz siyasi düşmənləri və bizə pislik etmiş və bizim hüquqlarımıza təcavüz etmiş kəslərlə koalisiya yaratmır.
 
 

Google+ WhatsApp ok.ru