Şəhid Bədrəddinin ailəsi Ayətullah Xamenei ilə görüşüb - FOTO

Hizbullah hərbi qanadının komandiri şəhid  Seyyid Mustafa Bədrəddinin  (Zülfüqar) ailəsi ötən gün günün ikinci yarısında  Ali Rəhbər  Seyyid Əli Xamenei ilə görüşüb. 
 
Maide.Az xəbər verir ki, görüşdə Ayətullah Xamenei şəhid Bədrəddinin şücaət və igidliyindən danışıb və bildirib ki, bu əziz şəhidin polad kimi möhkəm şəxsiyyəti haqqında çox eşitmişdim... Allah Taaladan  o şəhid üçün ən uca dərəcəni və siz şəhid ailəsi üçün səbr diləyirəm....
 
“Sizin ailəniz  şəhid ailəsidir. Təkcə şəhid Bədrəddinin ailəsi deyil, İmad Muğniyə, oğlu və digər şəhidlərin ailəsi , sizin ailəniz  Şəhadət ailəsidir. ....  Livan  Hizbullah və müqavimət  üzvlərinin bərəkətindəndir ki, nümunə bir  əraziyə çevrilib.  Həqiqətən  bu qədər mömin və xalis bəndələrin olduğu  az ərazi tanıyırıq. Baxmayaraq ki, coğrafiya baxımından Livan ərazisi balacadır, lakin məna baxımından bölgədə  ən üstündür. Bu sizin şəhidlərinizin qanının bərəkəti ilə əldə olunub. Bu şəhidlərin qanı çox təsiredicidir. “
 
 
Görüş çərçivəsində Ayətullah Xamenei öz üzüyünü  şəhid Bədrəddinin oğlu Əli Bədrəddinə hədiyyə etdi. 
 
 

Google+ WhatsApp ok.ru